Dövlət İmtahan Mərkəzində (DİM) tarix fənni üzrə qəbul, riyaziyyat fənni üzrə isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının üçüncü məşğələləri keçirilib.
AzEdu.az xəbər verir ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Moderatorlar – tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqların hazırlanması ilə bağlı təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının dörüncü məşğələləri 16 noyabr 2023-cü ildə keçiriləcək.