Azedu.az

"Qadınlar əksəriyyəti akademik kariyerada ikinci planda qalır"

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

23 Oktyabr 2023, 16:10

Rəsmi statistika göstərir ki, universitet müəllimlərinin 71 faizi qadın olsa da, professorlar arasında qadınların sayı cəmi 20 faiz təşkil edir.

 

Maraqlıdır, qadınların əksəriyyətinin elmi sahə üzrə getməməsinin əsas səbəbləri nədən ibarətdir?

 

Azedu.az-a açıqlama verən sabiq deputat Sona Əliyeva qadın professorların az olmasının əsas səbəblərini sadalayıb:

 No description available.

“Birmənalı olaraq Azərbaycanda qadınların əksəriyyəti bir sıra məsuliyyətlərlə yükləniblər. Ailə qayğıları, övladlarının təlim-tərbiyəsi, təhsili, digər ailə üzvlərinin qayğıları və s. kimi işlər qadınlarımızın çiyinlərindədir. Elm sahəsinə həddindən artıq əmək və vaxt ayırmaq lazımdır. Bu baxımdan düşünürəm ki, sadalanan səbəblərlə əlaqəli olaraq qadınların əksəriyyətinin akademik kariyera imkanı məhdudlaşır”.

 

Sabiq deputat bütün dünyada qadınların müxtəlif formada təzyiqlərlə üzləşdiyini bildirir:

 

“Qadınlar istər elmi, istərsə də digər sahələrdə kariyera quran zaman müxtəlif çətinliklər və səciyyəvi təzyiqlərlə üzləşirlər. Bu da onların akademik sahədə inkişafını, fəaliyyətini məhdudlaşdırır”.

 

Həmsöhbətimiz qadınların kariyera imkanlarının məhdudlaşmasının əsas səbəbini cəmiyyətdə formalaşmış stereotiplər olduğunu hesab edir:

 

“Biz, adətən, ailə başçısı olaraq kişini gördüyümüz kimi böyük təhsil müəssisələrinə də başçılığı kişilərin etməsinin tərəfdarıyıq. Azərbaycanda nə qədər qadın rektor tanıyırıq? Mən, cəmi bir dənəsini tanıyıram. Qadınlar akademik sahədə, adətən, ikinci planda qalır. Prorektorların yarısı qadın, yarısı kişi ola bilər. Ancaq rektorlar, institut rəhbərləri kişilərdən seçilir. Düşünürəm ki, bu stereotiplərin mövcudluğu qadınların elmi kariyerasının sıxışdırılmasına xidmət edir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox