Azedu.az

“Minecraft”ın direktoru “Yeni çağırışlar”da

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

19 Oktyabr 2023, 10:53
“Minecraft”ın direktoru “Yeni çağırışlar”da

20 oktyabr saat 17:00-da “Yeni çağırışlar” müzakirə proqramında “Microsoft” şirkətinin öyrənmə təcrübələri üzrə direktoru Castin Edvards qonaq olacaq. Castin Edvards ilə oyunəsaslı öyrənmə barəsində danışılacaq.

 

 AzEdu.az xəbər verir ki, Castin Edvards dünyanın ən məşhur kompüter oyunlarından sayılan “Minecraft”ın təhsil versiyasının kurikulum, təhsil siyasəti və qiymətləndirmə üzrə komandasına rəhbərlik edir. 

 

Castin Edvards Nobel Sülh Mərkəzi və UNESCO ilə əməkdaşlıq çərçivəsində 100-dən çox ölkədə tətbiq edilən təhsil layihələri üzərində işləyib, həmçinin Böyük Britaniyanın Kurikulum, İmtahan və Qiymətləndirmə Şurasının (CCEA) baş icraçı direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox