Azedu.az

“Şagird-məzun” sistemi ilə bağlı “Təqvim planı” təsdiq edilib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

10 Oktyabr 2023, 11:28
“Şagird-məzun” sistemi ilə bağlı “Təqvim planı” təsdiq edilib

2023/2024-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə “Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox