Azedu.az

Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

Maraqlı

Peşə Təhsili

26 Sentyabr 2023, 15:25
Dual peşə təhsili üzrə 872 tələbə təhsil alır

2023-2024-cü tədris ili üzrə dual peşə təhsilinin əhatə dairəsi açıqlanıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, dual peşə təhsili Bakı, Sumqayıt, İsmayıllı, Kürdəmir, Qəbələ, Şəki, Qax, Gəncə, Göygöl, Neftçala, Cəlilabad və Lənkəranda tədris edilir.

 

İyirmi peşə təhsili mərkəzində proqram üzrə 48 qrupda 872 tələbə təhsil alır.

 

Dual peşə təhsili turizm, xidmət, sənaye, İKT, kənd təsərrüfatı, mədəniyyət və sənətkarlıq, iaşə sahələri üzrə 22 ixtisasda tədris olunur.

 

Proqrama müxtəlif istiqamətlər üzrə 100 işəgötürən cəlb edilib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox