Azedu.az

DİM-də müxtəlif vəzifələr üzrə vakansiya elan edilib

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Sentyabr 2023, 12:18
DİM-də müxtəlif vəzifələr üzrə vakansiya elan edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

 

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox