Azedu.az

XİN-ə işə qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başlayıb

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Sentyabr 2023, 11:04
XİN-ə işə qəbul imtahanının 2-ci mərhələsinə qeydiyyat başlayıb

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

 

AzEdu.az xəbər verir ki, tələb olunan şərtləri ödəyən namizədlər  imtahanda iştirak etmək üçün 19 sentyabr saat 10:00-dan 20 sentyabr saat 18:00-dək DİM-in saytında (//exidmet.dim.gov.az/elimt/XINTest2Merhele/QeydList) ödəniş edib qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi sentyabrın 23-də, danışıq bloku imtahanı isə sentyabrın 24-də keçiriləcək. Yuxarıda göstərilən müddət ərzində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 23-də və 24-də keçiriləcək imtahanlarda iştirak edə biləcəklər.

 

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümum-Avropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

 
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox