Azedu.az

Alim: “Test üsulu və mobil telefonlar uşaqları robotlaşdırır”

Maraqlı

Müəllimlər və elm adamları

Təhsil ekspertləri

18 Sentyabr 2023, 15:21
Alim: “Test üsulu və mobil telefonlar uşaqları robotlaşdırır”

Gənclərə ali təhsil qədər təlim-tərbiyə, mədəniyyət, davranışın aşılanmasının  vacibliyi hər kəsə məlumdur. Bu kimi keyfiyyətlərin gənclərə hansı dönəmində aşılanması məsələsi fikirlərin haçalanmasına səbəb olur. Əksəriyyət düşünür ki, bu uşaqlara bağça dönəmindən öyrədiməlidir. Bəziləri isə düşünür ki, sözügedən məsələlər təhsilin bütün pilləsi üçün aktual olmalıdır. Kimi isə hesab edir ki, bu məsələdə valideyn və məktəb həmrəy çalışmalıdır.

 

 

Mövzuya adınlıq gətirmək üçün sosioloq- alim Əhməd Qəşəmoğluya müraciət etdik.

 

Azedu.az-a açıqlama verən ekspertin sözlərinə görə yeni nəslin təlim-tərbiyəsinin arzuolunan səviyyədə olması üçün valideynləri maarifləndirməklə başlamaq lazımdı:

 

Açıklama yok.

 

“Çünki əksər valideyn hələ 6 yaşına qədər olan uşaqlara təlim-tərbiyə verməkdə acizdirlər. Ona görə də sözügedən məsələ ilə bağlı ölkədə böyük bir sosial iş görülməlidir.  Belə bir məsuliyyətin altından tək valideynlər qalxa bilməz. Buna görə də bağçalar valideynlərlə ortaq çalışmalıdır. Uşaq bağçalarının nəzarəti altında bağçaların ərazisində həmin valideynlər üçün maarifləndirici görüşlər təşkil olunsun”.

 

Sosioloq yeni nəslin formalaşmasında orta məktəbin əvəzolunmaz bir rolu olduğunu deyir:

 

“Mən universitet müəllimiyəm. I kursa gələn tələbələri gördükdə onların orta məktəbə necə biri olduğunu və hazırda onlarla necə davranmalı olduğumu bilirəm.

 

Orta məktəb uşaqlarında özünəinam hissi zəif şəkildə fomaşdırılır. Bu, böyük bir problemdir. Əlavə olaraq test üsulu və mobil telefonlar uşaqları robotlaşdırır. Halbuki orta məkəbdə intellektin inkişaf etməsi, davranışın formalaşmasına çox ciddi diqqət yetirilməlidir”.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox