Azedu.az

DİM-də avqust ayında göstərilmiş xidmətlərin statistikası...

4 Sentyabr 2023, 14:45
DİM-də avqust ayında göstərilmiş xidmətlərin statistikası...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqust ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, avqust ayında keçirilmiş imtahanlarda 3 min 647 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 576 min 435 olub. Avqust ayı ərzində 2834 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 282 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 18 min 609, elektron poçt vasitəsilə 4 minə yaxın, sosial şəbəkələr vasitəsilə 5 minə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 6108 olub. Abituriyent məsləhət mərkəzlərinə 5070 müraciət daxil olub.

Ermənistan ordusu döyüş mövqelərində minaatanlar yerləşdirib
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox