Azedu.az

“Abituriyent” jurnalının 5 və 7-ci nömrələri  onlayn satışda

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Sentyabr 2023, 10:08
“Abituriyent” jurnalının 5 və 7-ci nömrələri  onlayn satışda

“Abituriyent” jurnalının 5-ci nömrəsində 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, 7-ci nömrədə isə 2023/2024-cü tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Jurnalların elektron versiyasını (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox