28 avqust saat 09:00-a olan məlumata əsasən I, II ,III, IV və V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib.
AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata görə müsabiqənin nəticələri bu həftənin sonuna kimi elan olunacaq.
İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Əlavə olaraq qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.