Azedu.az

Qabaqcıl müəllim məlumat bazası formalaşdırılır

Maraqlı

19 Avqust 2023, 12:00
Qabaqcıl müəllim məlumat bazası formalaşdırılır

Dövlət ümumi təhsil müəssisələrində çalışan pedaqoji fəaliiyyəti ilə fərqlənən, yüksək peşə səriştələrinə malik, nüfuzlu müəllimlərin karyerada yüksəliş imkanlarının təmin edilməsi, əməyinin stimullaşdırılması, təhsilverənlərin peşəkar inkişafında bələdçi rolunda dəstək göstərməsi məqsədilə onların məlumatlarından ibarət elektron məlumat bazası formalaşdırılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mil-Muğan RTİ-dən məlumat verilib. 

 

Qeyd olunan meyarlara malik müəllimlər işlədiyi müəssisə rəhbərliyinə ( direktor, direktor müavini, həmkarlar təşkilatının sədri) və ya müvafiq rayon təhsil sektorlarına müraciət edə bilər. Qeydiyyat 18 -28 avqust 2023-cü il tarixlərində aparılacaqdır.

 

Namizədlər üçün tələb olunan mütləq meyarlar:

-Pedaqoji təcrübə

-azı 10 il Qiymətləndirmə nəticəsi

-İxtisas balının 70%-dən yuxarı olması

-Barəsində son 1 ildə intizam tənbehinin olmaması

 

Ən azı birinin olması mütləq olan meyarlar:

-Təhsildə innovasiyalar üzrə qrant müsabiqə qalibi olması

-İlin ən yaxşı müəllimi müsabiqəsiniin qalibi olması

-Şagirdlərinin fənn olimpiadalarında qalib olması

-Şagirdlərinin fənn müsabiqələrində qalib olması

-Şagirdlərinin beynəlxalq olimpiadalarda qalib olması

-Şagirdlərinin ən yaxşı təqdimat müsabiqəsində qalib olması

-IV sinif monitorinqlərinin nəticələri (hər hansı bir müvafiq sinif üzrə hər bir şagirdinin 50%-dən yüksək nəticə toplaması)

-IX və XI sinif buraxılış nəticələri (hər hansı bir müvafiq sinif üzrə hər bir şagirdinin 50%-dən yüksək nəticə toplaması)

-Şagirlərinin idman və ya yaradıcılıq müsabiqələrində qalib olması

 

Arzuolunan əlavə meyarlar (mütləq deyil):

-Hər hansı təltifə sahib olması

-ETN təşəkkürnaməsi

-ETN Fəxri Fərmanı

-Qabaqçıl təhsil işçisi döş nişanı

-Yerli və ya beynəlxalq müsabiqə/ layihədə iştirak

-eTwnning layihəsi

-Bir müəllim manifesti

-RTİ tərəfindən təltifin olması

-Dərslik müəllifi olması

 

Qeyd olunan kateqoriyaya uyğun müəllimlərin müraciət edərək, qeydiyyatdan keçməsini tövsiyə olunur. 

ŞOK! Ukrayna Rusiyanın nəzarətə götürdüyü bu ərazini BO*MBALADI
Son xəbərlərDaha çox