Azedu.az

DİM dövlət qulluqçuları üçün təlimləri davam etdirir

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

15 Avqust 2023, 16:35
DİM dövlət qulluqçuları üçün təlimləri davam etdirir

Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər çərçivəsində regionlarda dövlət qulluqçuları üçün təlimləri davam etdirir.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirir.

 

Növbəti təlimlər Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarında təşkil olunub və avqustun 18-dək davam edəcək.

 

Qeyd olunan istiqamət üzrə ilk təlim dünən İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzularında, Şamaxı rayonu Mədəniyyət evində “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında; Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib. Təlim zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

 

Təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox