Azedu.az

I və IV qruplar üzrə kitabçalar bu tarixdə çıxacaq

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

10 Avqust 2023, 13:03
I və IV qruplar üzrə kitabçalar bu tarixdə çıxacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 11-də saat 11:00-da Mərkəzin yutub kanalı vasitəsilə II və III ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

 

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların sabah gün ərzində nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan 28-dək internet vasitəsilə aparılacaq.

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox