Valideyn və abituriyentlər tərəfindən "Abituriyent" jurnalının növbəti sayının çapı və ali məktəblərə ixtisas seçiminin zamanı ilə əlaqədar çoxsaylı suallar ünvanlanır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, bu il ali təhsil müəssiələrinə qəbul imtahanlarında iştirak etmiş abituriyentlərin ixtisas seçimi avqustun 10-dan sonra gerçəkləşəcək.
“Ənənəvi olaraq hər il ixtisas seçimi avqust ayında olur və jurnal da həmin vaxt nəşr olunur. İxtisas seçimi avqustun 10-dan sonra olacaq”.