Azedu.az

İslamşünaslıq ixtisasını seçənlərə DİM-dən vacib xəbər var

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

27 İyul 2023, 12:41
İslamşünaslıq ixtisasını seçənlərə DİM-dən vacib xəbər var

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını seçən abituriyentlərə çağırış edib.


AzEdu.az DİM-ə istinadən bildiri ki, abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün ərizə qəbulu 20-26 iyul tarixlərində aparılıb və müddət ərzində 113 nəfər qeydiyyatdan keçib.

 

İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya 1-3 avqust tarixlərində Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.

 

İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

 

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

 
HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox