Azedu.az

Şəmkirli qız Türkiyədə taekvando üzrə yer tutub

Maraqlı

Tələbə və şagird

25 İyul 2023, 16:38
Şəmkirli qız Türkiyədə taekvando üzrə yer tutub

6-9 iyul tarixində Türkiyənin Ankara şəhərində 40 ölkənin iştirakı ilə taekvondo idman növü üzrə Türkiyə açıq birinciliyi keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu yarışda Şəmkir rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Həsənova Fatimə Rauf qızı da bürünc medal qazanmışdır.

 

Qeyd edək ki, Fatimə ötən il də Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarışda taekvando növü üzrə 51 kq çəki dərəcəsində l yerə layiq görülüb.

 

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox