Azedu.az

Azərbaycanlı gəncin adı kosmosa göndərilir - İLK 

Maraqlı

19 İyul 2023, 13:25
Azərbaycanlı gəncin adı kosmosa göndərilir - İLK 

NASA-da çalışan yeganə həmyerlimiz Atilla Əsgərin adı kosmosa göndərilir.

 

AzEdu.az xəbər verir ki,  bu barədə onun atası professor, "Şöhrət" ordenli jurnalist, tərcüməçi Ramiz Əsgər məlumat verib.

 

“NASA Roman Space Telescopun hazırlanmasında əməyi keçən şəxslərin adlarını Space craftın üstündə yazaraq kosmosa göndərəcək. Həmin şəxslərin arasında Atilla Əskərovun da adı var. Bu teleskop həyat əlamətləri axtarmaq üçün uzayın ənginliklərinə yol alacaq. Atilla teleskopun elektronikasını, integrasyon və testlərini işləyib hazırlamış mühəndislərdən biridir. İndiyədək heç bir azərbaycanlının adı dünyadan bu qədər uzağa getməyib. Bu gənc mənim oğlumdur. Bakıdakı 6 saylı litseyin, İstanbul Texniki Universitetinin və Virjiniya Texniki Universitetinin məzunu, NASA-nın azərbaycanlı yeganə əməkdaşıdır”, - deyə o bildirib.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox