Azedu.az

Magistraturaya qəbulun nəticələri bu gün ELAN OLUNACAQ

18 İyul 2023, 09:27
Magistraturaya qəbulun nəticələri bu gün ELAN OLUNACAQ

Dövlət İmtahan Mərkəzi DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri barədə açıqlama verib.

DİM-dən AzEdu.az-a verilən açıqlamada bildirilib ki, magistraturaya qəbulun nəticələrinin bu gün ərzində elan olunması nəzərdə tutulur.


Xatırladaq ki, magistraturaya qəbul imtahanının I cəhdi 19 fevral, II cəhdi 11 iyun tarixində keçirilib.

İyulun 6-dan iyulun 13-dək isə magistraturaya ixtisas seçimi aparılıb.

DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimində ümumilikdə 17359 ərizə təsdiq edilib (Azərbaycan bölməsi üzrə 16024, rus bölməsi üzrə 1335).

 

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox