“Direktorların işə qəbulu imtahanında keçid balı stabildir”
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Təhsil masası"nda deyib:
“Direktorların işə qəbulunda keçid balı olaraq 50%-lik keçid baryeri nəzərdə tutulur. Və bu keçidi ödəyən namizədlər növbəti mərhələyə dəvət olunur. Növbəti mərhələ olan esse də qiymətləndirmə bal ilə aparılır. O qiymətləndirmədə də 50%-lik nəticə göstərənlər sonuncu - müsahibə mərhələsinə dəvət olunur. Ümumi bal isə 100 baldır”.