Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ikinci gününün ikinci seansında Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə toplayan müəllimlər məlum olub.
Regional İdarədən AzEdu.az-a verilən məlumata görə, Şamaxı şəhər 6 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məlikova Vüsalə Vidadi qızı və İsmayıllı şəhər 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Bəkirova Ruqiyyə Yaşar qızı 59 bal toplayıb.
Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarını əhatə edir.