Qazaxstan Respublikasının elm və ali təhsil naziri Səyasət Nurbek yüksək vəzifəli kadrlar arasında elmi dərəcə daşıyanların qocalması probleminin ciddi olduğunu bildirib.
AzEdu.az Kazinform-un istinadən xəbər verir ki, nazir sözügedən məsələylə bağlı deyib.
“Bu gün ölkədə 22 456 elmi kadr var. Tədqiqatçıların 37 faizi (2022-ci ildə - 35%) elmi və akademik dərəcəyə malikdir. Onlardan 34%-ni 35 yaşa qədər, 43%-ni 35-54 yaşda, 23%-ni 55 və yuxarı yaşda olan alimlər təşkil edir. Bununla belə, elmi-tədqiqat institutlarında yüksək rütbəli kadrların qocalması müşahidə olunur”, - deyə Səyasət Nurbek bildirib.
Onun sözlərinə görə, ölkədə 414 təşkilat elmi-tədqiqat və təkmilləşdirmə işləri aparır.