Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyi ilə birgə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına uyğun olaraq “İlk Prezident təqaüdçüləri” layihəsində növbəti videotəqdimat edib.
Qeyd edək ki, layihə çərçivəsində 2001 və 2002-ci illərdə Prezident təqaüdünə layiq görülmüş şəxslər ulu öndər Heydər Əliyevlə keçirilən görüş barədə danışır, həmin görüşün təhsil və karyeralarındakı rolundan bəhs edirlər.
AzEdu.az-ın məlumatına görə, DİM-in budəfəki təqdimatı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin şöbə müdiri Rəşid Surxayov ilə bağlıdır.
Videonu təqdim edirik: