Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata əsasən, imtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib.