Bəzən valideynlər övladlarının üzündən oxumaqda, anlamaqda, danışmaqda çətinlik çəkdiyini müşahidə edir. Onlar hərflərin, səslərin bir-biri ilə əlaqəsini anlamırlar. Valideyn isə məsələyə ya ötəri yanaşır, ya da yanlış fikirlərə qapılıb, çarəni yanlış yollarda axtarır.
Uşaqlarda oxuma, anlama, danışma kimi çətinliklər nəyə işarədir?
AzEdu.az bir sıra valideynlərin qarşılaşdığı problem olan disleksiya haqqında məlumatı təqdim edir:
Disleksiya kəlməsi çətinlik və ya yoxluq mənasına gələn “dis”və "dil" mənasını verən “leksiya” sözlərinin birləşməsindən yaranan söz olaraq dil yoxluğu, çətinliyi mənasını verir. Disleksiya uşağın zəka səviyyəsi, sosial-mədəni çevrəsi və uşağın öyrənmə istəyinin normal olmasından asılı olmayaraq yarana bilər. Belə ki, heç bir fiziki/psixoloji pozuntusu olmayan şəxslərdə də normal və yetərli dərəcədə təhsil almasına baxmayaraq bu hal ortaya çıxa bilər. Uşaq pozuntu olan bacarıqlarını istifadə etməyə başladıqda disleksiyanın əlamətləri aydın şəkildə görünməyə başlayar. Lakin özəl öyrənmə çətinliyi olan uşaqları fərqli öyrənən uşaqlar olaraq görüb və çətinlik çəkdikləri yönlərə üstünlük verərək fərdi təhsil proqramları üzrə öyrənə biləcəklərini unutmamaq lazımdır. Dislektik uşaqlar çox erkən yaşlarda tanına bilər, amma məktəb dövrünün başlaması ilə daha qabarıq şəkildə ortaya çıxan problemlərlə dəqiq dəyərləndirilmə edilir. Bəzən bu cür uşaqların müəllimələri onlarda zəka geriliyi olduğunu bildirə bilər, amma sırf dislektik uşaqların zəka geriliyi ilə əlaqəsi yoxdur. Zəka geriliyi olan uşaqlarda disleksiya əlamətləri olur. Eyni zamanda diqqət əskikliyi və hiperaktivlik olan uşaqlarda da disleksiya əlamətləri görülməsi mümkündür.
Öyrənmə çətinliyi aşağıdakı başlıqlarda bölünüb:
Disleksiya olan uşaqlarda en çox qarşılaşılan göstəricilər:
İlk oxuma bacarıqlarında çətinlik çəkmə
Dislektik uşağı olan ailələr nə etməli?
Uşağında disleksiya əlamətləri olan ailələr ilk növbədə disleksiyanın nə olduğu barədə ətraflı şəkildə məlumatlanmalıdırlar. Ailə həkim, pedoqoq və psixoloqla birlikdə uşaq üzərində işlənilməsinə diqqət etməlidir. Bəzi ailələr uşağın öz yaşıdlarından geridə qalmasını və yuxarıda qeyd etdiyimiz disleksiya əlamətlərini görsə belə, zamanla yaşı artdıqca düzələcəyini düşünər. Amma tam əksi bu cür uşaqlarda yaş artdıqca əlamətlər özünü daha qabarıq və artmış şəkildə göstərir və bununla da uşağın təhsilində yaşanan problemlər onun eyni zamanda psixoloji inkişafına da mənfi təsir göstərir. Dislektik uşaqların zaman keçdikcə uğursuzluq, yetərsizlik öyrənilmiş çarəsizlik və yaşıdlarından geridə qalmışlıq hissi onların mənliyi və şəxsiyyətində böyük yaralara yol aça bilər.
Disleksi müalicəsində hər zaman tam olaraq düzəlmə gözlənilə bilməz. Təbii ki, erkən diaqnoz qoyulan və müalicəsinə başlananlarda daha yaxşı nəticələr əldə etmək mümkün olur.