Azedu.az

Azərbaycanlı gənclər üçün Tacikistanda təhsil almaq fürsəti

Maraqlı

Xaricdə Təhsil

Elm və Təhsil Nazirliyi

11 Aprel 2023, 15:42
Azərbaycanlı gənclər üçün Tacikistanda təhsil almaq fürsəti

2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq təqaüd proqramı elan edilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

 

Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili rus və ingilis dilidir.

 

 

Təqaüd proqramına müraciət üçün son tarix 30 may 2023-cü il nəzərdə tutulub.

 

 

Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox