Azedu.az

Körpələr bu musiqilərlə daha tez yuxuya gedirlər

Maraqlı

10 Aprel 2023, 12:25
Körpələr bu musiqilərlə daha tez yuxuya gedirlər

Şotlandiyanın Dandi Universitetinin alimləri müəyyən ediblər ki, yeni doğulmuş körpələr sakit və həzin musiqi deyil, şən və oynaq müsiqi altında daha tez yuxuya gedirlər.

AzEdu.az-ın məlumatına görə, tədqiqatçılar bir həftəlik yeni doğulmuş körpələri müşahidə edərək müəyyənləşdiriblər ki, ritmik və şən mahnılar altında onların ürək döyüntüləri daha da sürətlənir və mürgüləməkdən yatmağa keçirlər. Halbuki, daha sakit, uzun mahnıların sədaları altında körpələr ayaq barmaqlarını tərpətməyə və əzalarını uzatmağa çalışır ki, bu da, onların yuxuya getməsinə mane olur.

Musiqinin emosional xüsusiyyətləri əvvəllər də eksperimentlərin köməyi ilə müəyyən olunmuşdu.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox