Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib.
AzEdu.az xəbər verir ki, qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6–14 aprel 2023-cü il tarixlərində tələb olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.
Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.