Azedu.az

Bu abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaq!

Maraqlı

Buraxılış İmtahanları

Tələbə və şagird

6 Aprel 2023, 11:15
Bu abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaq!

Ali məktəbələrə ixtisas seçimi qәbul imtahanı başa çatdıqdan sonra hәyata keçirilir. İxtisas seçiminә ümumi balı 50-dәn, Azәrbaycan dili vә ya rus dili fәnni üzrә balı 20-dәn vә riyaziyyat fәnni üzrә balı 10-dan az olmayan abituriyentlәr buraxılırlar.

 

Kolleclərin xüsusi qabiliyyәt tәlәb edәn ixtisaslarının müsabiqәsinə isə buraxılış bir qədər fəqlidir.

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, xüsusi qabiliyyәt tәlәb edәn ixtisasların müsabiqәsinә ümumi balı 50-dәn az olmayan (fәnlәr üzrә bal mәhdudiyyәti qoyulmur) vә müvafiq komissiya tәrәfindәn keçirilәn qabiliyyәt imtahanlarından “mәqbul” alan abituriyentlәr buraxılırlar.

 

“Xoreoqrafiya sәnәti” vә “Rәqs müәllimliyi” ixtisaslarının müsabiqәsindә isә ümumi balı 30-dan (fәnlәr üzrә bal mәhdudiyyәti tәtbiq edilmir) az olmayan abituriyentlәr iştirak edә bilәrlәr.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox