Müsabiqә abituriyentin qәbul (buraxılış) imtahanında topladığı ümumi bal әsasında aparılır.
Bəs müsabiqә zamanı ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn hansı göstəricilərlə fəqləndirirlər?
AzEdu.az saytının Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumatda bildirilib ki, ümumi balı eyni olan abituriyentləri fәrqlәndirmәk mәqsәdilә aşağıdakı ardıcıllıqda әlavә göstәricilәrdәn istifadә edilir:
- tәhsil haqqında sәnәdә (attestata) "Tәdris dili", "Әdәbiyyat", "Xarici dil", "Riyaziyyat", "Azәrbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya" fәnlәri üzrә yazılmış yekun qiymәtlәrin әdәdi ortası;
- Azәrbaycan (rus) dili fәnni üzrә imtahan balı;
- riyaziyyat fәnni üzrә imtahan balı.
Qeyd edək ki, ümumi balı eyni olan iki vә daha çox abituriyenti bir-birindәn fәrqlәndirmәk mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerlәşdirilir.