Azedu.az

Müəllim beyin əməliyyatı zamanı gitara çaldı

Maraqlı

Müəllimlər və elm adamları

Xaricdə Təhsil

30 Mart 2023, 15:10
Müəllim beyin əməliyyatı zamanı gitara çaldı

Meksikanın Nayarit əyalətində yerləşən Tepik şəhərində beyin şişindən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi aparılan əməliyyat zamanı 4 saat gitara çalıb.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, cərrah əməliyyat zamanı xəstənin şüurlu olmasının vacibliyini bildirdikdə müəllimin əməliyyat zamanı nitq və eşitmə kimi funksiyalarının anında izlənilə bilməsi üçün gitara çalmağa üstünlük verib.

 

Əməliyyatı həyata keçirən cərrah Celia Teresa Alvarez xəstəsinin heç bir ağrı hiss etmədiyini bildirərək, bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik fəaliyyətini müstəqil şəkildə həyata keçirəcəyini deyib.

 

Əməliyyatın problemsiz keçdiyi və bu üsulun Nayarit vilayətinin tarixində ilk dəfə tətbiq edildiyi açıqlanıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox