Azedu.az

Məktəblərdə monitorinqlər aparılmayıb?-Sanitar qovşaq və digər ciddi problemlər

10 Yanvar 2023, 10:16
Məktəblərdə monitorinqlər aparılmayıb?-Sanitar qovşaq və digər ciddi problemlər

 “Belə vəziyyətdə müəllimin deyil, Regional Təhsil  İdarəsinin maliyyə təchizat sektorunun müdiri  və əməkdaşları töhmət almalıdır”.

 

Məktəb bufetlərində, bağça-bağlarında və sanitar qovşaqlarında olan vəziyyəti  öyrənmək üçün zaman-zaman monitorinqlər keçirilir. İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı xəbərlər ölkədə xeyli maraq doğurdu.

 

Bəs  keçirilən monitorinqlər nə dərəcədə keyfiyyətlidir? Bu kimi problemləri aradan qaldırmaq üçün işlər görülürmü?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov regional təhsil idarələrində ehtiyat büdcəsi yaradılmasının vacib olduğunu qeyd edib:

 

“Regional Təhsil İdarələrində yaradılan sektorlardan biri də maliyyə təchizat sektorudur. Regional Təhsil İdarələrində tədris, tərbiyə yaxud digər məsələlərlə yanaşı, təmir, istilik sistemi yaxud sanitar gigiyenik problemlərlə bağlı məktəblərdə monitorinqlər keçirilməlidir. Görünən odur ki, bu monitorinqlər keçirilməyib. Nəticədə, İmişlidə 1 saylı tam orta məktəbdə yaranan vəziyyət sosial şəbəkələrdə yayıldı. Məsələ gündəm olduqdan sonra bəyanat verildi ki, həmin məktəb 2023-ci ildə təmir olunacaq. Verilən bəyanat qəbul edilən deyil. 2023-cü ildə 12 ay var. Bu müddət ərzində məktəbdə ayaqyolunun istifadəyə yararlı olmaması ciddi bir problemdir. Bu  problem ilə bağlı müəyyən tədbirlər görülməlidir. 2023-cü ilin bitməyini gözləmək lazım deyil”.

 

Ekspert problemin aradan qaldırılma yollardından söz açıb:

 

“Görünən odur ki, RTİ-lərin ehtiyyat büdcələri yoxdur. Onlar, yaranan problemləri aradan qaldırmaq üçün büdcəyə kömək olsun deyə, Elm və  Təhsil Nazirliyinə müraciət edəcəklər. Bu problemləri aradan qaldırmaq üçün adekvat cavab lazımdır və Regional Təhsil İdarələrinə ehtiyat büdcə fondu yaradılmalıdır ki, hər hansı bir ekstremal şəraitdə məktəblər bu büdcədən istifadə edib, problemi minimal səviyyədə olsa belə həll edə bilsin.

 

İmişlidə 1 saylı tam orta məktəbdə müəllimin real vəziyyəti cəmiyyətə göstərdiyi üçün töhmət alması qəbul edilən deyil. Burada Regional Təhsil İdarəsinin maliyyə təchizat sektorunun müdiri və əməkdaşları töhmət almalıdır”-deyə, o fikrini tamamlayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox