Dəb, incəsənət, memarlıq sahəsində olduğu kimi təhsil mövzusunda da İtaliya dünyanın diqqətini özündə saxlamağı bacarır.
Xüsusi ilə dünyanın müxtəlif yerlərindən xaricdə təhsil almaq istəyən tələbələrin əksəriyyəti İtaliya Universitetlərinə üstünlük verir.
Bunun bir səbəbi təhsil keyfiyyətinin yaxşı olması, digər səbəbi isə qəbul prosesinin nisbətən rahat olmasıdır.
AzEdu.az fərqlilikləri özündə birləşdirən İtaliya təhsil sistemini təqdim edir.
Avropanın ürəyi olan İtaliyada təhsil sistemi çox qədimlərə söykənir. İtaliyada təhsil 6 ilə 16 yaş arasındakı bütün uşaqlar üçün məcburidir. Bu ölkədə şagirdlərin ümumi mədəniyyət mövzusunda yaxşı yetişdirilməsi üçün erkən yaşda dil və tarix dərslərinin tədrisinə xüsusi əhəmiyyət verilir. Peşə yönümlü dərslərin əvəzinə, əsasən, elm və mədəniyyət dərsləri keçilir, əsasən dil tədrisinə xüsusi əhəmiyyət verilir.İtaliya təhsil sistemi tamamilə dövlətə bağlı şəkildə tənzimlənir. Ölkə rəhbərliyi bu sahədə təhsil proqramları hazırlamaq, müəllimlərin səriştəlik səviyyəsini yoxlamaq, potensial müəllimlər üçün testlər hazırlamaq və s. mövzuda əsas nəzarəti öz üzərinə götürüb.
Valideynlər övladlarını dövlət bağçalarına yazdırmaq üçün yer məhdudiyyəti səbəbilə erkən müraciət etməldirlər
İtaliyada məktəbəqədər təhsil pilləsi məcburi hesab edilmir. Buna rəğmən ölkədə bu yaş qrupunu əhatə edən uşaqların 90% - i bu pillədə təhsil alır. İtaliyada məktəbəqədər təhsil pilləsi iki mərhələyə ayrılır: uşaq bağçaları və ümumi bağçalar. Bağçalara, işləyən valideynlərə görə övladını 3 aylığından etibarən yazdırmaq üçün şərait yaradılıb. Körpənin bağçada qalmasının ödəniş miqdarı isə günlük saat sayı və müəssisənin maddi vəziyyətindən asılıdır. İtaliyada həm özəl, həm də dövlət bağçaları fəaliyyət göstərir. Ancaq dövlət bağçalarının sayı daha çoxdur. Özəl bağçalarda valideynlər əvvəldəan ödəniş etməli və daha sonra hər ay müəyyən miqdar ödəməyə davam etməlidir. Bundan fərqli olaraq dövlət bağçaları isə yemək və nəqiliyyat xərcələri istisna olaraq əlavə ödəniş tələb etmirlər. Dövlət bağçalarının sayının çox olmasına baxmayaraq mövcud olan yer sayı az olur və bu səbəblə valideynlər övladlarını yazdırmaq məqsədi ilə bağçalara erkən qeydiyyat üçün müraciət etməldiirlər. Bağçalarda hər yaş qrupu üzrə ən azı iki müəllim məşğul olur. Bağçalar adətən həftədə 5-6 gün 7 saat müddətində fəaliyyət göstərirlər.
Xarici vətəndaşlar İtaliyanın dövlət ibtidai təhsil müəssisələrində ödənişsiz təhsil ala bilməz
İtaliyada ibtidai təhsil müddəti 5 ildir və 5-6 ilə 10-11 yaş arası uşaqları əhatə edir. Bu mərhələdə komputer bacarıqları, ingilis dili, coğrafiya, İtalyan dili, riyaziyyat, musiqi, sosial elmlər kimi fənlər tədris edilir. Bununla yanaşı din dərslərində iştirak etmək şagirdlər üçün könüllüdür.
Bu ölkədə ibtidai və ümumi-orta təhsil pilləsi dövlət müəssisələrində tamamilə ödənişsizdir. Ancaq xarici vətəndaşlar dövlət müəssisələrində ödənişsiz təhsil ala bilməz.
İtaliyada ümumi –orta təhsil pilləsində təhsil alan şagirdlərə özünüinkişaf üçün şərait yaradılır
Bu təhsil pilləsi 11-14 yaş aralığındakı şagirdləri əhatə edir və müddəti 3 ildir. Minimum dərs saatları həftədə 30 saatdan ibarətdir. Şagirdlərin özlərini daha çox inkişaf etdirə bilmələri üçün komputer bacarıqları, xarici dillər, idman, çaldığı alət və şahmat mövzusunda məktəb tərəfindən 10 saata kimi əlavə zaman verilə bilər.
Bu 3 ilin sonunda şagirdlər “esame di stato” adlı final imtahanında iştirak edirlər. Bu imtahan şifahi və yazılı olaraq iki mərhələdən ibarətdir. Üçüncü ilin sonunda bu imtahanda uğur qazananlara di Licenza diplomu verilir. İmtahanda uğur qazanmaq üçün 10 baldan ən azı 6 bal toplamalısan.
Tam orta təhsil pilləsində şagirdlər təhsil alacaqları istiqaməti özləri seçir
İtaliyada tam orta təhsil pilləsi həm də yuxarı ümumi -orta təhsil pilləsi olaraq da adlandırılır. Bu təhsilin 2 ili məcburidir və ardınca 3 il daha könüllü olaraq tam orta təhsil səviyyəsində dərs almaq mümkündür. Təhsilin bu pilləsində şagirdlər dil, sənət, institut və ya peşə məktəbinə getməyi seçirlər.
Xaricdən İtaliyaya gedib özəl tam orta təhsil müəssisəsində təhsil almaq istəyən şagirdlər 14-18 yaş aralığında olmalıdırlar. Beləliklə şagirdlər ara siniflərdə ya da son sinifdə bir semestrlik ya da bir akademik il müddətində İtaliyada təhsillərinə davam edə bilərlər. 5 illik bir təhsil müddəti bir italyan gəncin peşə yaxud univeristet istiqamətində təhsilini davam etdirməyə qərar verməsi üçün ideal müddətdir. Məsələ burasındadır ki, bir tam orta təhsil pilləsində təhsil alan şagird təhsilini akademik istiqamətdə davam etdirib etdirməyəcəyinə qərar verməyə məcburdur.
Bu təhsil pilləsi bir növ universitetə hazırlıq mərhələsidir
Şagird universitet təhsili almaq istəyəcəyi təqdirdə tam orta təhsil pilləsində dərslərə davam edəcək. Çünki bu təhsil pilləsi bir növ universitetə hazırlıq mərhələsidir Akademik istiqamətdə davam etdirmək istəməyəcəyi təqdirdə bu təhsil pilləsini bitidikdən sonra oxuduğu məktəb səviyyəsində olan bir universitetə birbaşa göndərilir. Ümumilikdə şagird bu təhsil pilləsindən sonra universitetə qəbul olmaq üçün bir illik tədris müddətini tamamlamalıdır.
İtaliyada 7 müxtəlif tipli tam orta təhsil müəssisələri fəaliyyət göstərir
Xaricdə təhsil dedikdə ağıla gələn ilk ölkələrdən biri olan İtaliyada 7 fərqli tipli tam orta məktəb var. Bu orta məktəb növləri aşağıdakılardır:
Klassik Lisey (Liceo Classico)
Elm Liseyi (Liceo Scientifico)
İncəsənət Liseyi (Liceo Artistico)
Müəllim Liseyləri (İstituto Magistrale)
İncəsənət Məktəbləri (İstituto d'Arte)
Texniki İnstitutlar (İstituti Tecnici)
Peşəkar İnstitutlar (İstituto Professional)
Tam orta təhsil pilləsindən məzun olmaq üçün şagirdlər Matura adlanan imtahan verirlər. Türkiyədəki İtalyan liseylərində Matura diplomu verilir.
İtaliyada bakalavr təhsilinin müddəti 3 ildir və bəzi ixtisaslar bakalavr tələbəsinə birbaşa magistr diplomu verir
İtaliyada 13 illik ibtidai, ümumi- orta və tam orta məktəb təhsilindən sonra şagirdlər sonda verəcəkləri imtahanla bir universitet seçə bilərlər. Universitet təhsili özəl və dövlət universitetləri olaraq 2 əsas qrupa bölünür. Əgər şagird texniki liseydə oxuyubsa, liseydə oxuduqları bölməyə uyğun olaraq universitetlərə də gedə bilər. Həm də bu gözəl ölkə Avropanın ilk universiteti sayılan Bolonya Universitetinə ev sahibliyi edir.
İtaliyadakı universitetlər Bolonya Bəyannaməsinə uyğun olaraq 3 + 2 sisteminə malikdirlər. İlk üç il bakalavr təhsilini əhatə edir. Bakalavr təhsilini müvəffəqiyyətlə bitirən tələbələr, iki il davam edən magistr dərəcəsinə qəbul olunur. Bəzi universitetlər və ya bəzi ixtisaslar (Tibb yaxud əczaçılıq kimi) tələbəni birbaşa magistratura pilləsindən məzun edir. Burada təhsil müddəti 5-6 il davam edir. Ancaq magistratura dərəcəsində təhsil alan tələbələr doktorantura proqramlarına və peşəkar məktəblərə müraciət edə bilərlər.
Qeyd edək ki, İtaliyada doktorantura proqramları adətən 3 il müddətində davam edir.