Azedu.az

“Məktəblərdə qaydalara əməl olunmurdu”-Nazirlik rəsmisi

Maraqlı

21 Oktyabr 2022, 14:23
“Məktəblərdə qaydalara əməl olunmurdu”-Nazirlik rəsmisi

"Elm və Təhsil Nazirliyi 2020-ci ildən etibarən keçirdiyi monitorinq nəticəsində aydın oldu ki, məktəblərdə şagirdlərin nizam-intizam qaydalarını tənzimləməsi üçün vahid yanaşma yoxdur".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazrliyinin Ümumi və Məktəbəqədər Təhsilin Təşkili və İdarəolunması şöbəsinin müdiri Elnur Əliyev Real TV-də çıxışı zamanı deyib.

 

Şöbə müdirinin sözlərinə görə, bəzi məktəblərdə ümumiyyətlə davranış qaydalarının yoxdur:"Monitorinqlər nəticəsində məlum oldu ki, bəzi məktəblərdə ümumiyyət qaydalar tətbiq olunmur, onlar şifahi şəkildədir və yazılı forması yoxdur. Sadəcə bir qisim təhsil müəssisələrində qaydalardan istifadə olunurdu ki, onlarında bəzisi yarımçıq idi. Bunun nəticəsində Elm və Təhsil Nazirliyi qərarə gəldik ki, məktəblərdə bu münasibəti tənzimləmək üçün vahid çərçivə sənədini hazırlasın. Bununla da ümumitəhsil müəssisələri daha işlək, çevik və yaralı qaydalar tərtib edilə bilər. Elm və Təhsil Nazirliyi 2022-ci ilin əvvəlidə qaydaları hazırlamağa başlayıb".

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox