Xüsusi ilə universitet seçimində dünya gənclərinin diqqət mərkəzində olan Fransa təhsil sistemi özünəməxsus quruluşa məxsusdur.
AzEdu.az xarici mətbuata istinadən keyfiyyəti və fərqlilikləri ilə dünyanın diqqətini çəkən Fransa təhsil sistemini təqdim edir.
Məktəbəqədər təhsil - Ecole Maternelle
Fransada bu təhsil pilləsi məcburi hesab edilmir və 5 sinfə bölünür
Fransada uşaqların məktəbəqədər təhsili alması məcburi deyil. Ancaq işləyən valideynlərin vəziyyəti, övladlarının ibtidai təhsilə daha yaxşı, məlumatlı şəkildə başlaması arzusu və bunun kimi bir çox səbəblə ailələr uşaqlar üçün məktəbəqədər təhsili vacib hesab edir. Fransada Təhsil Nazirliyinin 2012-ci il məlumatlarına əsasən, 3-5 yaş aralığında olan uşaqların demək olar ki, hamısı məktəbəqədər təhsili alır. Məktəbəqədər təhsil proqramının məqsədi uşaqların dil və şəxsi bacarıqlarını inkişaf etdirmə, sosiallaşma bacarıqlarının aşılanması, əlifba ilə tanışlıq və mühakimə qabiliyyəti qazandırmaq və s. kimi proseslərlə uşaqları ibtidai təhsilə hazırlamaqdır. Məktəbəqədər sinifləri yaş qruplarına görə aşağıdakı kimi tənzimlənir:
İbtidai təhsil – Ecole Primaire (Elementaire)
Şagirdin ibtidai təhsili hansı məktəbdə alacağını bələdiyyə seçir
İbtidai təhsil məcburi təhsilin ilkin mərhələsi və məktəbəqədər təhsilin davamıdır. Uşaqlar üçün ibtidai təhsil müəssisəsi yaşaqdıqları ünvana uyğun olaraq bələdiyyə tərəfindən seçilir. Valideyn övladı müəyyən səbəblərə görə başqa bir məktəbə göndərmək istəyərsə bunun üçün bələdiyyəyə “dérogation” adlanan tələb –icazə məktubu ilə müraciət etməlidir.
Bu pillə 5 sinfə bölünür
İbtidai təhsil 5 sinfə bölünür. Oxu, yazı, təməl məlumatlar, xarici dil incəsənət, idman dərsləri, cəmiyyət və bərabər yaşayış qaydaları dərsləri 5 il boyunca uşağı ümumi-orta təhsilə hazırlayır. Bu 5 sinif aşağıdakılardır:
İbtidai sinif şagirdləri üçün bəzi özəl siniflər də mövcuddur.
CLİN (Classe d’ initiation pour non - francophones) sinifləri ölkəyə gələn və fransızca bilməyən şagirdlər üçün öz dərslərindən əlavə təşkil siniflərdir.
CLİS (Classe pour l’inçlusion scolaire) sinifləri öyrənməkdə çətinlik çəkən, eşitmə, görmə, zehni əlilliyi olan uşaqlar üçün xüsusi olaraq təşkil edilir.
Ümumi-orta təhsil (College)
Bu təhsil pilləsi şagirdlərinin həyatının dönüş nöqtəsi hesab edilir, onlar gələcək üçün seçim etməli olurlar
Ümumi –orta təhsil müddəti Fransada 4 il davam edir. Bu mərhələdə keçirilən dərslərin sayı ibtidai təhsildə keçiriləndən daha çoxdur. Hər dərsi ayrı müəllim keçdiyi üçün şagirdlərin məlumatları daha zəngin olur.
Ümumi – orta təhsil pilləsinin vacib xüsusiyyətlərdindən biri də şagirdlərin həyatlarına, gələcəklərinə təsir edəcək seçimlər etməli olduqları bir mərhələ olmasıdır. Şagirdlər ümumi-orta təhsil pilləsini bitidikdən təhsillərini davam etdirmək üçün iki seçim qarşısında qalırlar: ya peşə təhsil məktəbini seçib təhsilini ixtisasyönümlü davam etdirmək, ya da tam orta təhsil pilləsi üzrə təhsilə davam etmək.Bu seçim onların həyatlarının dönüm nöqtəsi hesab edilir. Bu pillədə təhsil alan şagirdlər üçün də özəl siniflər təşkil edilir.
Başqa ölkələrdən Fransaya gələn ailələrin övladları üçün xüsusi şərait yaradılır
Ailə birləşməsi yaxud iş səbəbi ilə Fransaya gələn uşaqların fransızca təhsillərinin sürətləndirilməsi və onların şəraitə uyğunlaşması üçün yaradılan siniflər CLA (Classe d’accueil) adlanır. Bu siniflər CASNAV akademik mərkəzi tərəfindən təşkil edilir.
İbtidai təhsildə olduğu kimi ümumi-orta təhsil pilləsində də öyrənmə çətinliyi, fiziki və zehni əlilliyi olan uşaqlar üçün xüsusi siniflər təşkil edilir.
Eyni zamanda sinif çühitinə uyğunlaşa bilməyən, öyrənmə çətinliyi yaşayan uşaqlar üçün də ayrıca siniflər təşkil edilir. Fərqi isə bu siniflərdə əngəlliyi olan uşaqların olmamasıdır.
Tam orta təhsil (Lycee)
Ali məktəblər və digər təhsil pillələrinə keçid üçün yuxarı siniflər müəyyən sertifikatlar almalıdır
Fransada tam orta təhsil pilləsinin müddəti 3 sinfə bölünür: Second – birinci, Première – ikinci, Terminal – son sinifdir. Bu təhsil pilləsində birinci sinifdən sonra hər şagird universitet imtahanında hazırlaşmaq istədiyi ixtisas qrupunu seçir. Bu qruplar hesablama, elmi, ədəbi, iqtisadi hissələrə bölünür. Buna uyğun olaraq universitetə qəbul (Bac) imtahanı ilə yanaşı BEP, CAP və ya BTS kimi sertifikatlar ali təhsil, təcrübə müəssisəsi və ya peşə təhsili müəssisəsinə keçid pilləsini təşkil edir. Bakalavriat yaxud qısaca olaraq Bac qəbul imtahanlarının bəzi mərhələləri tam orta təhsil pilləsinin ikinci yaxud üçüncü sinfində keçilir.