“Komitəmizə məktəbli forması problemi ilə bağlı bir çox müraciətlər daxil olur”.
AzEdu.az xəbər verir ki, bunu Ailə Qadın ve Uşaq Problemlər üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda keçirilən konfrans zamanı səsləndirib.
O qeyd edib ki, gələcək müzakirələrdə məktəbli forması problemi ətrafında mütləq danışılmalıdır:“Bölgələrdə məktəblilərin nəqliyyat probleminin həlli istiqamətidə məktəb avtobuslarının ayrılması bu məsələnin həlli istiqamətində müsbət nəticə verə bilər”.