Azedu.az

Kimya üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb  

Maraqlı

5 Oktyabr 2022, 14:04
Kimya üzrə Nobel mükafatının laureatlarının adları açıqlanıb  

Kimya üzrə Nobel mükafatının qalibləri elan edilib.

 

AzEdu.az xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.

 

Bildirilib ki, Karolin Bertossi (ABŞ), Barri Şarpless (ABŞ) və Morten Meldal (Danimarka) molekulların ultrasürətli sintezinin yeni üsulunu kəşf etdiklərinə görə bu mükafata layiq görülüblər.

 

Xatırladaq ki, mükafat Alfred Nobelin vəsiyyətinə əsasən altı sahə - kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə verilir.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox