Rusiyada “qismən səfərbərlik” əleyhinə keçirilən aksiyalarda iştirak edən 1300-dən çox şəxsin həbs edildiyi bildirilir.
Etirazçılar arasında tələbələr, professorlar da var. Həm qız, həm də oğlan tələbələr ölkə rəhbərinin səfərbərlik qərarına etiraz üçün küçələrə axın ediblər.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, sadəcə hərbi sahədə təcrübəsi olanlar çağırılacağı deyilsə də, ruslar daha geniş çağırışın olacağından ehtiyat edirlər.
Mitinqlərdə iştirak edən tələbə Oksana Sidorenko,-“Mən müharibəyə və səfərbərliyə qarşı olduğumu söyləmək üçün buraya gəlmişəm. Niyə mənim gələcəyimə qərar verirlər? Mən həm özüm, həm də qardaşım üçün qorxuram".
Sankt-Peterburqda keçirilən etirazlarda iştirak edənlərdən gənc rus tələbə qız danışdıqlarına görə həbs edilə biləcəyindən qorxduğu üçün mətbuata açıqlaması zamanı adının gizli qalmasını istəyib. Gənc tələbə müharibəni hələ indi tam hiss etdiklərini bildirib:
“Səfərbərlik qərarını eşitdikdə məni qorxu bürüdü. Əvvəllər müharibə sadəcə televiziyada idi. Amma artıq bunun mənim ölkəm, ailəm və dostlarımla bağlı olduğunu hiss edirəm. Bundan hər kəs əziyyət çəkə bilər. Biz hətta kimin hərbi xidmətə götürülə biləcəyini də bilmirik, çünki rəsmilərin dərc etdiyi sənədlərdə heç bir məhdudiyyət yoxdur və hər kəs səfərbər ola bilər, tələbə oğlanlar da. Hamı qorxu içindədir, başımıza nə gələcəyini bilmirik”.
“Tələbə yoldaşım olan oğlanlar da qorxurlar, çünki əvvəllər məmurlar deyirdilər ki, tələbələri səfərbər etməyəcəklər, amma əslində,bu mümkün ola bilər”-deyə, gənc qız söyləyib.
Sankt-Peterburqdakı Avropa Universitetinin tarix və beynəlxalq əlaqələr üzrə professoru İvan Kurilla öz sosial şəbəkə hesabında digər bir universitetin məsələyə münasibəti haqqında diqqət çəkən paylaşım edib:
“Səfərbərlik sadəcə müharibə və beynəlxalq münasibətlərdə deyil, daxili siyasətdə də riskləri artırır. Bununla yanaşı hazırda Prinston Universitetində çalışan Moskva Sosial və İqtisadi Elmlər Məktəbinin siyasi fəlsəfə üzrə professoru Qreq Yudin “qismən səfərbərlik”də məhdudiyyət qoyulmadığını, yenə də bunun qanun pozuntusu hesab edilmədiyini söyləyir. Sonra isə mənə,- “Sən bizim işimizə qarışma, biz də sənin müqaviləni məsələyə qarışdırmayaq”-dedi.
Qeyd edək ki, tam və qismən səfərbərliyə qarşı başladılan petisiya çərşənbə axşamına kimi təxminən 300 minə yaxın imza toplayıb.