S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında SOS uşaq evində böyüyən Şəhid Səbuhi Əhmədov adına sinif otağı açılıb.
AzEdu.az xəbər verir ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunu olub.
Xatırladaq ki, Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Vətən müharibəsində iştirak edib, dörd medalla təltif olunub.