Jurnalistika istiqamətinin ixtisası III ixtisas qrupuna daxildir.
Bu ixtisas üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Daha sonra test imtahanının nəticəsindən asılı olaraq qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Nəticədə qabiliyyət imtahanından məqbul qiymət alan abituriyent bu ixtisas üzrə müsabiqədə iştirak edə bilir.
AzEdu.az çox sayda verilən suallara əsasən qaranlıq qalan məqamları aradan qaldırmaq üçün jurnalistika üzrə qabiliyyət imtahanı haqqında məlumatları təqdim edir.
İlk olaraq III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər təyin edilən müddətdə DİM-in saytına daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (30 AZN) şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
İmtahan müddəti 2 saat 30 dəqiqədir.
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilir və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılır. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazır. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
İnşanı (esseni) yazarkən abituriyent:
Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:
Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.
“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi movzudan fərqli movzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.
İnşa mövzularına aid nümunələr DİM-in saytında yerləşdirilir.
Qeyd edək ki, jurnalistikanın qabiliyyət imtahanına qeydiyyat bu gün başa çatır.