Dünyanın ən yaxşı təhsil sistemlərinə sahib olan ölkələr arasında Kanada lider ölkələrdən hesab edilir.
Bu ölkə hər keçən il inkişaf edən məktəbləri sayəsində daima dünyanın diqqət mərkəzində olmağı bacarır.
AzEdu.az bir növ Azərbaycan təhsil sistemini xatırladan Kanada təhsil sistemini təqdim edir.
Güclü və yaxşı maliyyələşdirilmiş bir təhsil sisteminə sahib olan Kanadada, təhsil və təlim fəaliyyətləri əyalətlər arasında fərqli şəkildə tənzimlənir. Bununla yanaşı təhsil sisteminin keyfiyyətli olması dünyanın dörd bir yanından tələbələrin buraya axınına səbəb olur. Ölkədə məcburi olmamasına rəğmən bir çox şagirdin məktəbəqədər təhsil almasını Kanada təhsil sisteminin keyfiyyət və uğuruna nümunə göstərmək olar.
Ölkədə hər kəsin 16 yaşına kimi məktəbə getməsi məcburidir. Ancaq bu məcburiyyət əyalətlərə görə dəyişə bilir.
Məcburi təhsil müddəti Kanada 3 pilləyə ayrılır:
Kanadada ibtidai təhsil 5 il davam edir
Azərbaycanda ibtidai təhsil olaraq adlandırılan təhsil pilləsidir.Bu təhsil pilləsinə şagirdlər adətən 6 yaşlarında başlayır və 11 yaşlarında bitirirlər. Təhsilin bu pilləsində şagirdlər öz yaşıdları ilə birlikdə bütün dərsləri sadəcə bir müəllim vasitəsi ilə öyrənirlər. Bununla yanaşı şagirdlərə dərsdən əlavə hazırlıqlar və müxtəlif öyrənim metodları da keçilir. Bu təhsil pilləsində tədris planı: oxu, ingilis dili, tarix, elm, musiqi, bədən tərbiyəsi, incəsənət kimi fənlərdən ibarətdir. Şagirdlər yuxarı sinfə keçdikcə dərslər çətinləşir.
Bəzi əyalətlərdə şagirdlər 18 yaşına kimi məktəbə getməyə və attestat almağa məcburdurlar
Kanada təhsil sistemində ümumi – orta və tam orta təhsil pilləsi digər ölkələrdən fərqli olaraq Azərbaycanda olduğu kimi eyni məktəbdə keçilir. Şagirdlər ümumi – orta təhsil pilləsini bitirdikdən sonra 4 il müddətində tam orta təhsil pilləsinə keçid edirlər. Şagirdlər bu pillədə hansı sinifdə oxumağından asılı olmayaraq qaydalara uyğun şəkildə 16 yaşlarına kimi məktəbə gəlməyə məcburdurlar. Ancaq Ontario və New Brunswik əyalətlərində məcburi təhsil 18 yaşa kimi davam edir və şagirdlər attestat almağa məcburdurlar.
Kanada təhsil sistemi əyalətlər tərəfindən maliyyələşdirilir və tələbələrə əlverişli şərait yaradılır
Kanadada tam orta təhsil pilləsini bitirdikdən sonra şagirdlər universitet və kolleclərə müraciət edə bilərlər. Bu ölkədə kolleclər kiçik ticarət yaxud peşə təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərir. Universitetlər isə bakalavriat pilləsindən başlayaraq magistratura və son olaraq doktorantura pilləsinə kimi tədrisi davam etdirir. Bu cəhətdən də Azərbaycan ali təhsil sistemini xatırladan Kanada təhsil sistemi əsasən əyalətlər tərəfindən maliyyələşdirilir. Kanada universitetlərində tədris ili iki semestrə bölünməklə sentyabr və may ayları arasında davam edir. Yay aylarında isə kəsri olan tələbələrə ayrıca dərslər keçirilir və beləliklə onlar üçün il üç semestrə bölünmüş olur. Tələbələrin ixtisaslarla bağlı məlumatlı olmaları və özlərinə ən uyğun hesab etdikləri ixtisası kəşf edə bilmələri üçün təcrübə proqramları həyata keçirilir. Universitetin birinci kursundan etibarən tələbələr müxtəlif kurslara cəlb edilirlər.
Kanadada təhsili davam etdirmək üçün iki dil bilmək vacibdir
Təhsil həyatlarına Kanadada başlamaq yaxud burada davam etdirmək istəyən tələbələr ingilis və fransız dillərini öyrənə bilərlər. Bəzi məktəblər hər iki dil ilə bəziləri isə sadəcə bir dil ilə tədris həyata keçirir. Bununla yanaşı Kanadada tələbələr təhsillərinə davam edə bilmək üçün hər iki dildə də sərbəst danışmalıdırlar.
Kanadada əksər məktəblər tədrisi ingilis dilində aparır. Ancaq burada tədrisi fransız dilində aparan məktəblər də mövcuddur. Ölkədə hər kəsə aşağı yaşdan etibarən həm ingilis, həm də fransız dili öyrədilir.
Valideynlərin əksəriyyəti özəl məktəblərdən çox dövlət məktəblərinə üstünlük verir
Dünyanın hər yerində olduğu kimi Kanadada özəl təhsil müəssisələri mövcuddur. Ancaq özəl təhsil müəssisələrinin ödəniş tələbi yüksək olduğundan əksər ailələr övladlarının təhsili üçün dövlət müəssisələrini seçir. Bəzi ailələr isə övladının daha yaxşı təhsil alması üçün az şagirdin olması səbəbi ilə özəl təhsil müəssisələrini üstün tutur. (okul.com.tr)