Son günlər Müəllimlərin İşə Qəbulu müsabiqəsinin test imtahan mərhələsində riyaziyyat fənninin suallarının öncədən təqdim edilməsi müzakirə mövzularından biridir.
Bu, problem MİQ müsabiqəsinin təşkili ilə bağlı məsələləri gündəmə gətirir.
AzEdu.az-a açıqlamasında professor Şahlar Əsgərov qeyd edir ki, MİQ-in test mərhələsinin keçirilməsinə ehtiyac yoxdur:
“Dövlət adından diplom alan şəxs kifayət qədər bilik sahibi hesab olunmalıdır. Bu səbəbdən də o, imtahansız şəkildə işlə təmin edilməlidir.
Düşünürəm ki, MİQ üzrə test mərhələsinin keçirilməsinə ehtiyac yoxdur, müsahibənin tətbiqi isə vacibdir. Test mərhələsi dövlətin təsis etdiyi universitetin və onun tərəfindən verilən diploma şübhə yaradır. Belə fikir formalaşır ki, imtahan götürən təşkilat diplom verən yerdən daha üstündür. Bu, da absurt fikirlərin formalaşmasına səbəb olur. Əgər imtahan götürən yer dövlətin imtahan komissiyasından üstün təşkilatdırsa, həmin vaxt onu anlaya bilərəm”.
O, qeyd edir ki, əsas problem ali məktəblərin savad səviyyəsinin kifayət qədər olmaması ilə bağlıdır:
“Ali məktəblərin savad səviyyəsi artırılmalıdır. Müəllimlər yaxşı şəkildə universiteti bitirib, diplom almalıdır. Ali məktəbdə təhsil elə-belə verildiyi üçün yenidən müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir.
Təhsil Nazirliyi dövlət ali məktəblərində imtahan komissiyasını gücləndirməlidir”.