Hazıda qəbul imtahanları davam edir. Belə məqamda valideynlər diqqətli olmalı, övladlarının psixoloji vəziyyətlərinə nəzarət etməlidir.
AzEdu.az valideynlərin imtahan sonrası övladları ilə necə davranmalı olduğunu təqdim edir:
1.Övladınıza dəstək olun, onunla dost kimi davranın;
Övaldınız sizi dost kimi görsə, bütün problemlərini paylaşa biləcək.
2.İstirahətə çıxın;
İmtahan nəticələri açıqlana qədər istirahət etmək övladınızı stresdən uzaqlaşdıracaq.
3.Gələcəklə bağlı neqativ düşüncələrə qapılmayın;
Gələcəkdə bağlı hər zaman seçim və ümid var. İmtahan nəticələrini bilinmədən ehtimallar üzərində danışmaq yararlı olmaya bilər.
4.Onu nə qədər sevdiyinizi hiss etdirin;
Nəticə nə olsa da, valideynlər övladları ilə bağlı vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər. Onları həmişə sevəcəyinizi və yanlarında olacağınızı hiss etdirin.
5.Universitet seçimi haqında danışmayın;
İmtahan nəticələri açıqlana qədər universitet seçimi mövzusunda danışmayın. Proses tamamlandıqdan sonra kifayət qədər vaxtınız olacaq.
6.Övladınızı digər uşaqlarla müqaisə etməyin;
Əgər siz "qonşunun uşağı qəbul oldu, sən bacarmadın" kimi sözlər işlətsəniz, o zaman, təbii ki, onda ağır psixoloji problemlər, depresiyalar yaranacaqdır.
7.Gözləntidə real olmağa çalışın;
Hər valideyn uşağının bilik səviyyəsina bələddir. Gözləntinizi ona uyğun müəyyənləşdirin.
Unutmayın, həyat və imtahan bir-birindən çox fəqlidir. İmtahanda uğursuz olmaq həyatda da uğursuz olacağınız demək deyil.