Araşdırmalar dərs oxuyarkən musiqiyə qulaq asmağın insan bədəninə və beyninə müsbət təsiri olduğunu sübut edib. Həm sol, həm də sağ beyni eyni anda aktivləşdirən musiqi, öyrənməni maksimum dərəcədə artırır.
Dərs hazırlayarkən aşağıdakı növ musiqiləri dinləyə bilərsiniz
AzEdu.az təqdim edir
Klassik musiqi - Sakit və ahəngdar olduğu üçün dərs oxuyarkən dinləyə biləcəyiniz ən yaxşı musiqilərdən biridir.
( //youtu.be/mIYzp5rcTvU)
Motsart təsiri - Motsartın zehni açdığına sübut edilib. Hətta buna "Motsart effekti" də deyilir.
(//www.youtube.com/watch?v=jgpJVI3tDbY )
Səslər - Yağışın, dalğaların, meşənin və ya heyvanların (məsələn quşların) səslərini dinləyə bilərsiniz. Bu səslər musiqi olmasalar da sizi rahatlaşdıracaq.
( //www.youtube.com/watch?v=u3CQQAOSZKw )
Test həll edərkən qulaq asa biləcəyiniz 16 mahnını təqdim edirik
Son olaraq qeyd edək ki, dərs zamanı musiqinin səsini bacardığınız qədər aşağı salın, onu fon musiqisi kimi düşünün. Səs nə qədər yüksək olsa, diqqətiniz bir o qədər tez dağılacaq. Ayrıca, şifahi dərsləri öyrənərkən sözsüz musiqiyə qulaq asmağa üstünlük verin.