Yanğın olan məktəbdə xəsarət alan yoxdur-RƏSMİ AÇIQLAMA
28 İyun 2022, 17:39
Paylaş:
İyunun 28-də təxminən saat 16:30 radələrində Bakı şəhəri Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdə naməlum səbəbdən yanğın baş verib.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə Yanğın məktəbin əsas tədris binasının 2-ci mərtəbəsində olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri cəlb olunub və hazırda yanğına
müdaxilə prosesi davam edir.
Məktəb rəhbərliyinin məlumatına əsasən xəsarət alan yoxdur.