Azedu.az

Çox insanın ali təhsil alamsı yaxşıdır, amma keyfiyyət məsələsi mübahisəlidir-Emin Əmrullayev

10 İyun 2022, 11:49
Çox insanın ali təhsil alamsı yaxşıdır, amma keyfiyyət məsələsi mübahisəlidir-Emin Əmrullayev

“Yaxşıdır ki, son 20 il ərzində  təhsildə irəliyə doğru addım atmışıq.Amma daha çox uşağın təhsilə əlçatanlığının təmin olunması, infrastrukturun, keyfiyyətin, maliyyənin artırılması istiqamətində daha çox müzakirələr aparmalıyıq”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Abituriyent 12” jurnalının təqdimat mərasimində qeyd edib.

 

Nazir yerli ali təhsil müəssisələrininin fəaliyyətini dəyərləndirib:

 

“Builki qəbul proqnozumuz təxminən 50 mindən artıq plan üçün gözlənilir. Düşünürəm ki, daha çox insanın ali təhsil alması hər zaman yaxşıdır. Doğrudur, burada keyfiyyət faktoru mübahisəlidir. Ancaq bu istiqamətdə də müsbət dəyişikliklər müşahidə olunur. Ölkəmizin ali təhsil müəssisələrində müşahidə olunan bir sıra əsaslı yeniliklər və dəyişiklər təhsilin keyfiyyətinin artırılmasına müsbət təsirini göstərir. Say azdır, amma əvvəlki illərlə müqayisədə vəziyyət qənaətbəxşdir”.

 

Emin Əmrullayev, ali təhsilin maliyyələşməsinə toxunub:

 

“Bu gün ali təhsil alan şəxslərin təxminən 50%-i dövlət sifarişi əsasında, şəhid və məcburi köçkün ailələrindən olan 17 minə yaxın nəfər isə dövlət hesabına təhsil alır. Beləliklə, 60%-dən yuxarı şəxsin təhsili dövlət tərəfindən, digərlərinin isə şəxsi hesabına maliyyələşir. Düşünürəm ki, təhsil kreditlərinin tətbiqi vəziyyəti nisbətən daha yaxşı edəcək”.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox