Ukraynada məzunlar məktəbi bitirərkən ənənəvi olaraq vals rəqsi ifa edirlər.
Hazırda bu ölkədə müharibənin davam etməsinə, bir çox təhsil müəssisələrinin zərər görməsinə,tədrisin davamlılığı ilə bağlı yaranan problemlərə baxmayaraq məzunlar ənənəni bu il də davam etdiriblər.
AzEdu.az xəbər verir ki, müharibənin başladığı ilk gündən ən çox hücuma məruz qalan şəhərlərdən biri olan Xarkovda yerləşən 134 nömrəli məktəbin şagirdləri məzun günü keçiriblər.
Bombalanmış, dağıdılmış məktəblərinin qarşısında rəqs edən məzunların görüntüsü bütün dünyada maraqla qarşılanıb.
Məktəbin coğrafiya müəllimi Olena Mosolova,- “Biz şagirdlərimiz üçün fərqli “son zəng” təsəvvür etmişdik, amma vəziyyət belə oldu”-deyə, bildirib.
Ukrayna mətbuatının məlumatına əsasən, tələbələrin sadəcə üçdə biri məzun gününə gələ bilib, qalan məzunların bir qismi döyüşlər zamanı şəhərdən uzaqlaşmaq məcburiyyətində qalıblar.
Qırmızı libas geyinərək dağıdılmış məktəb binasının qarşısında dayanan 16 yaşlı Anna Epişeva,sinif yoldaşları ilə sinif yoldaşları ilə məzun günü üçün qurduları planların alt-üst olduğunu qeyd edib:
“Məktəbdən çoxlu dostlarımız var idi, biz böyük bir ailə kimi idik. Qızlarla birlikdə paltarlar seçir və məzun günündə hər kəsin çox gözəl olacağına sevinirdik. Amma rus ordusu gəlib xəyal etdiyimiz bütün planlarımızı alt-üst etdi”.
10 məzun məktəblərinin qarşısında dayanaraq əsgərləri izləyirlər
Şagirdlərin ailələri və yaxınları məzun gücəsini izləyir
Ukrayna əsgərləri dağılmış məktəbdə ifa olunan valsa baxırlar