Tədris ili yekunlaşmaq üzrədir. Bütöv bir dərs ilini ev tapşırıqları, müxtəlif fənlər üzrə hazırlaşmaqla keçirən şagirdlər üçün yay tətili əvəzedilməzidir.
Tətil uşaqlarla yanaşı, valideynlər üçün də vacibdir. Amma bu müddəti uşaqlar üçün daha faydalı keçirmək, tətili daha yaxşı planlamaq onların gələcəyi, öyrənmə bacarıqlarının inkişafı və dincəlməsi baxımından əhəmiyyətlidir.
AzEdu.az xəbər verir ki, bu mövzuda uşaq və yeniyetmələr üzrə psixoloq E. Seda Öz Uslu şagird və valideynlərin yay tətilini necə keçirməklə bağlı planlarına diqqət çəkib:
“Şagirdlərin uzun bir tədris ili və qış mövsümündən sonra yay tətilinə çıxma sevinci çox təbiidir. Uşaqlardan yay tətilini necə keçirtmək istədikləri soruşulduqda, əksər uşaqlar “Heç bir şey etməmək, yatmaq, televizor seyr etmək, kompüter oyunları oynamaq və dostları ilə vaxt keçirmək” cavabını verirlər. Əksər valideynlərdən yay tətili ilə bağlı ən böyük problemlərinin nə olduğu soruşulduqda, "Uşaqlarım çox yatır, hər zaman televizora baxır və kompüterdə oyun oynayır və heç nə etmirlər" deyə cavab verirlər. Bu problemi həll etmək üçün ilk növbədə tətili valideynlə uşağın bərabər həm əyləncəli, həm də faydalı zaman keçirə bilmələri üçün birlikdə planlaşdırmaları məsləhətdir”.
Psxoloq bildirir ki, istirahət və əyləncə ilə yanaşı dərslərə də diqqət ayrılmalıdır:
“Uşaqlar yay tətilinin əyləncəli və səmərəli keçməsi üçün valideynlərinin köməyinə ehtiyac duyurlar. Yay tətilini planlanan zaman istirahət, səyahət etməyə və əylənməyə zaman ayırarkən, eyni zamanda dərs ili müddətində şagirdin hansı dərslərdə zəif nəticə göstərməsi, həmin dərslərin daha yaxşı mənimsənilməsi üçün tədbir görülməsinə də diqqət edilməlidir. Yay tətilini uşaqların ailələri ilə birlikdə planlamaları çox vacibdir. Əks təqdirdə sadəcə valideynlərin planladığı və ediləcəklərə qərar verdiyi tətil bir məcburiyyətdən kənara çıxa bilməz və uşağın bunları sevərək, həvəslə etməsinə mane olur”.
Planlama aparılarkən aşağıdakılara diqqət edilməlidir:
O qeyd edib ki, "Tətil" ifadəsi "heç bir şey etmədən oturmaq" mənasını verməməlidir:
“Tətilin dəyəri, insan gündəlik fəaliyyətlərindən fərqli bir şey etdikdə və ya hobbilləri ilə məşğul olduqda, bədəni və beynində istirahət etdikdə aydın olur. Bu mənada uşaqların bütün tətili boş oturaraq, yatarkən televizor və ya kompüter qarşısında keçirmələrini tövsiyə etmirik.Bir tətil müddəti planlaşdırıldıqda, xoş və məhsuldar olur. Plan sizi qarşıya qoyulmuş hədəfə yaxınlaşdıracaq”.