Times Higher Education (THE) Asiyanın ən yaxşı universitetlərinin siyahısını təqdim edib.
AzEdu.az xəbər verir ki, universitetlərin reytingləri tədqiqat, beynəlxalq dünyagörüşü və sənaye gəlirləri üzrə qiymətləndirilib.
Siyahıya görə Asiyanın ən yaxşı ilk 10 universiteti aşağıdakılardır:
31 ölkənin 616 ali təhsil müəssisəsinin dəyərləndirildiyi siyahıda Yaponiya 118 universitet ilə ən çox təmsil olunan ölkə oldu. Həmçinin Çinin 97, Hindistanın 71, İranın 58, Türkiyənin isə 54 universiteti siyahıda yer alıb.
Qeyd edək ki, 2021-ci illə müqayisədə siyahıda ilk 7-likdə yer alan universitetlərdə dəyişiklik baş verməyib.