Azedu.az

UNEC-də bu məsələlər müzakirə edildi

Maraqlı

6 İyun 2022, 15:22
UNEC-də bu məsələlər müzakirə edildi

“Bu gün UNEC-də doktorantura təhsilini müzakirə etdik”.

 

 AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Murdadov şəxsi facebook səhifəsində yazıb.

 

“Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Direktoru dosent Fariz Əhmədov UNEC-də doktorantura təhsilinin mövcud vəziyyəti, bu sahədə həll olunmamış problemlər və gələcək addımlara dair tövsiyyələr haqqında dolğun təqdimat etdi. Ciddi fikir mübadiləsi apardıq, müxtəlif təkliflər dinlədik.

 

Yekun fikir ondan ibarətdir ki, doktorantura təhsilinin yeni modelinin qurulması tələb olunur və bu işlərin sürətlənməsinə ciddi ehtiyac var. Yeni doktorantura modelinə dair UNEC mütəxəssislərinin əsaslandırılmış baxışı mövcuddur!

 

Uğurlar!

 

Hər şey daha da yaxşı olacaq!”.

 

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox